“PetMall” baytarlıq klinikasından şikayət – “İtimi öldür**lər…”
Həkimin səhlənkarlığı nəticəsində itim sudorqa-spazm keçirib.
Bakı şəhər sakini Xətai rayon, Rahib Məmmədov, 70E ünvanında yerləşən “PetMall” baytarlıq klinikasından şikayətçidir.
XALQ -a göndərilən şikayətdə vətəndaş bildirir ki, iyunu 4-də miniyork cinsindən olan itimin süd dişinin çəkilməsi ilə bağlı PetMall baytarlıq klinikasına müraciət etdim. Sağ-salamat klinikaya gətirdiyim iti 3 saata klinikada öldürüblər. İtin çəkisinə görə uyğun anesteziya dozasından 2 dəfə vurduqları üçün heyvan sudorqa – spazm keçirdib.
Şikayətçi qeyd edir ki, həkim Məmmədov Cansu iti ölüm vəziyyətindən çıxartmaq üçün ona qaynar su ilədoldurulmuş qrelka qoyub. Nəticədə itin bütün bədəni bişib.
Həkim Cansu Məmmədovadan çoxlu şikayətlər olduğu və onun savadsızlığı ucbatından PetMall baytarlıq klinikasına gətirilən bir sıra heyvanlar ölüb.
Şikayətçi PetMall baytarlıq klinikasında heyvanların əməliyyat edilməsi üçün ciddi şəraitin olmadığını iddia edir. Heyvanlar əməliyyatdan sonra antisanitar şəraitdə adi bir şkafda saxlanılır. Klinikanın müdürü heyvanların ölümünə, şəxsən mənin itimin ölümünə cavab vermək istəmir. “O, itin ölümünə şahid oldu. Başa düşəndə ki it ölüb, tez klinikadan qaçdı və iki qün cavab vermədi. Kameranı izləmək istədim, dedilər işləmir”.
Vətəndaş sonda qeyd edir ki, mən istiyərəm ki, PetMall baytarlıq klinikasında daha bir heyvan ölümü olmasın və vətəndaşlar adı çəkilən klinikanı tanısınlar və öz heyvanlarını onlara etibar etməsinlər.
Yazıda adı keçən PetMall baytarlıq klinikasının mövqeyini dərc etməyə hazırıq.