Polis 8 yaşlı itmiş uşağı ailəsinə təhvil verdi
Bakıda azyaşlı uşağın valideynləri axtarılır.
XALQ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat katibi Elşad Hacıyev paylaşım edib.
Bildirilib ki, YPX əməkdaşları kənar dairəvi yolda, hərəkətin intensiv olduğu istiqamətdə yolu təhlükəli yerdən keçən Səid adlı 8 yaşlı uşağı aşkarlayıblar.
O, valideynindən küsdüyü üçün evdən qaçdığını və yolunu azdığını söyləyib.
***
Polis tərəfindən həyata keçirilən operativ tədbirlər nəticəsində uşağın valideynləri müəyyən edilərək onlarla əlaqə saxlanılıb. Atası ekoloji nəzarət postuna dəvət olunub.Səid balamız atasına təhvil verildi. deyə Daxili İşlər Nazirliyinin mətbuat katibi Elşad Hacıyev paylaşım edib.











