media-polis

Paytaxtda xüsusi əməliyyat keçirilib

XALQ-a xəbər verir ki, Səbail rayonu ərazisində  Bibiheybət məsçidinin yaxınlığında hüquq-mühafizə orqanları xüsusi əməliyyat keçirib.

Hadisə şahidlərinin XALQ-a verdiyi məlumata görə   xüsusi əməliyyat zamanı polis əməkdaşları xidməti  avtomobilləri ilə paytaxtdan çıxışı bağlanayaraq süni tıxac yaradılmış və  axtarışda olan şəxslər saxlanılıb.

Məlumata görə saxlanılan şəxslər arasında  polis əməkdaşlarına müqavimət göstərməklə ərazidə gərginlik yaranmışdır.  Şübhəli şəxslərin saxlanılması zamanı xüsusi əməliyyatı polis əməkdaşları peşakarlıqla icra etmişlər.

Bu barədə DİN-nin rəsmi məlumatı açıqlanması gözlənilir.

Ətraflı məlumat veriləcək.

****

İyunun 29-da saat 23 radələrində   narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər polis əməkdaşlarına müqavimət göstərməklə qaçmağa cəhd ediblər.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, 29 yaşlı Tehran Məmmədov idarə etdiyi “VAZ-2104” markalı avtomobillə “saxla” əmrinə tabe olmayıb, idarəetməni itirərək yol kənarında olan maneəyə vurduqdan sonra polis əməkdaşlarına üzərində olan bıçaqla müqavimət göstərib, avtomobildə olan digər şəxslərin qaçması üçün qanunsuz tələblər irəli sürüb.

 

Ona dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, polis əməkdaşı xidməti tabel silahı tətbiq etməklə onu zərərsizləşdirib, digər iki nəfər isə saxlanılıb.

 

Avtomobildən 10 kq narkotik vasitələr aşkar olunaraq götürülüb.

 

Fakta görə cinayət işi başlanıb, istintaq tədbirləri görülür.

 


media-728x90banner

Bənzər xəbərlər