Polisin xüsusi əməliyyatı
Daxili İşlər Nazirliyinin əməkdaşları qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirir.
Bu barədə XALQ-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bir gündə 22 ədəd odlu silah aşkar edilərək götürülüb
İyunun 4-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 avtomat silahı, 1 tapança, 17 tüfəng, 3 patron darağı və 119 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.










