“Polislərimizə qarşı atılan bu addımlar bizi təəssüfləndirdi” – Cavanşir Paşazadə
“Bu gün Azərbaycan polisi üzərinə düşən bu missiyanı şərəflə icra edir”.
Bunu deputat Cavanşir Paşazadə bildirib.
Deputat qeyd edir ki, koronavirusa qarşı mübarizədə Azərbaycan polisinin çox böyük xidmətləri oldu:
“Azərbaycan polisi koronavirusla mübarizə zamanı yüksək dərəcədə peşəkarlıq nümayiş etdirdi. Tək koronavirusla mübarizədə deyil hər zaman polislərimiz dövlətimizin və vətəndaşlarımızın təhlükəsizliyinin keşiyində dayanıb. Təəssüf ki, bu gün polislərimizə qarşı məqsədli şəkildə qarayaxma kompaniyalar aparılır. Hər birimizin borcudur ki, polislərimizə qarşı aparılan bu qarayaxma komapaniyaların qarşı çıxaq. Unutmaq lazım deyil ki, bu gün polislərimiz öz canları bahasına bizim təhlükəsizliyimizi təmin edirlər. Dəfələrlə polislərimizin canları bahasına vətəndaşlarımızı qoruduqlarının şahidi də olmuşuq. Ona görə də polislərimizi təhqir etmək və onalara qarşı qara piar kampaniyasının aparılması yolverilməzdir”.
Deputat vurğulayıb ki, bu gün Azərbaycan polisi ictimai təhlükəsizliyə qarantıdır:
“”Polis haqqında” qanunun 26-cı maddəsinə əsasən, polis əməkdaşı onun qanuni tələblərini icra etməyən şəxsə qarşı hər hansı hüquqpozmanın törədilməsində güc işlədildikdə, o cümlədən insan həyatına və sağlamlığına real təhlükə yaradan basqın və ya digər zorakılıq edildikdə xüsusi vasitələri tətbiq edə bilər. Gədəbəydə baş verən məlum hadisədə də polis öz üzərinə düşən vəzifəni yerinə yetirib. Sosial şəbəkədə yayılan videolarda aydın görünür ki, qadınlar polislərə daş və kəsəklə hücum etməyə cəhd ediblər. Daim təhlükəsizliyimizin keşiyində olan polislərimizə qarşı atılan bu addımlar bizi təəssüfləndirdi”.










