media-port

Azərbaycanın Portuqaliyada səfirliyinin yaradılması nəzərdə tutulur.

Məsələ Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iyunun 5-də keçirilən onlayn iclasının gündəliyinə daxil edilib.

Belə ki, komitə iclasında “Azərbaycan Respublikasının Portuqaliya Respublikasında (Lissabon şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” qanun layihəsi müzakirə olunacaq.

Qeyd edək ki, layihə qəbul edilərsə, Azərbaycanın Portuqaliyadakı diplomatik təmsilçiliyi Lissabon şəhərində fəaliyyət göstərəcək.


media-728x90banner

Bənzər xəbərlər