Prezident 4 sərəncam, 2 fərman imzaladı
Azərbaycanda ətraf mühitin və təbii sərvətlərin qorunmasında xidmətləri olan bir qrup şəxs təltif edilib.
Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycanda ətraf mühitin və təbii sərvətlərin qorunmasında xidmətləri olan aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif ediliblər:
Allahverdiyev Rəşad Zabid oğlu
Allahverdova Sevda Rafiq qızı
Balayev Mehyəddin Mövlud oğlu
Cəlilov Elnur Xəliş oğlu
Darafarin Sadiq Rəhim oğlu
Əliyev Elburus Fətulla oğlu
Xuruci Mirzə Mürşüd oğlu
İbrahimov Rəhim Əlihüseyn oğlu
İsayeva Nəzakət Sədir qızı
Kərimli Kənan Cabar oğlu
Qənbərova Eyzangül Fətullah qızı
Seyidova Aytən Kamal qızı
Tağıyev Məmməd Abuzər oğlu
Yusifov Namiq Polad oğlu.
Azərbaycanda ətraf mühitin və təbii sərvətlərin qorunmasında uzunmüddətli səmərəli xidmətinə görə Şahbəddin Cabbar oğlu Musayevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.
Azərbaycan Respublikasının Keniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri Sultan Ağami oğlu Hacıyev iqamətgahı Nayrobi şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının BMT-nin Nayrobi şəhərindəki bölməsində daimi nümayəndəsi təyin edilши.
Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Seymur Qurban oğlu Mərdəliyev Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsinin müavini vəzifəsindən geri çağırılıb.
Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə Seymur Qurban oğlu Mərdəliyev Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Elmira Hüseyn qızı Axundova Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Azərbaycan Respublikasının Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat – GUAM yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.
Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
“Əməyin Mühafizəsi Mərkəzi” publik hüquqi şəxsi yaradılacaq.
Bu barədə Prezident İlham Əliyev müvafiq fərman imzalayıb.
Fərmana əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (bundan sonra – Xidmət) mərkəzi laboratoriyasının əsasında Xidmətin tabeliyində “Əməyin Mühafizəsi Mərkəzi” publik hüquqi şəxsi iki ay müddətində yaratmalı və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
“İctimai və sosial məqsədlər üçün yaradılmış fondların siyahısı” təsdiq edilib.
Bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.
Sənədə əsasən ictimai və sosial məqsədlər üçün yaradılmış fondların siyahısı belədir:
1. Heydər Əliyev Fondu
2. Qarabağ Dirçəliş Fondu
3. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu (“YAŞAT” Fondu).