Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerin dəvəti ilə “Avropa Siyasi Birliyi” 4-cü Zirvə Toplantısında iştirak etmək üçün İngiltərədə işgüzar səfərdədir.

XALQ.AZ xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

****

Azərbaycan Prezidenti Oksforddakı Blenheim sarayına gedib.

Dövlət başçısını Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmer qarşılayıb.

****

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 18-də “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısı çərçivəsində Macarıstanın Baş naziri Viktor Orban ilə söhbət edib.

İlham Əliyev Viktor Orban ilə söhbət edib

XALQ.AZ -ın Londona ezam olunan əməkdaşının məlumatına əsasən, dostluq şəraitində keçən söhbət zamanı ölkələrimiz arasında ikitərəfli munasibətlər və əməkdaşlıqla bağlı məsələlər müzakirə olundu.

Macarıstanın Baş nazirinin Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün Şuşaya səfəri və bu çərçivədə keçirilən görüşlər məmnunluqla xatırlandı.

****

Prezident İlham Əliyev Oksfordda “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masada iştirak edir.

XALQ.AZ xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.


media-728x90banner

Bənzər xəbərlər