Prezident İlham Əliyev “Gülüstan” sarayında
Bu gün Bakıda, “Gülüstan” sarayında Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən inşa edilmiş 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirilib.
XALQ xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə çıxış edib.
***
Sonra Səudiyyə Ərəbistanı Krallığının energetika nazirinin müavini Nasser Əl-Qahtani, Çin Xalq Respublikasının ölkəmizdəki səfiri xanım Lu Mey, “ACWA Power” şirkətinin təsisçisi və İcraçı direktoru Məhəmməd Əbunəyyan çıxış ediblər.
Daha sonra “Xızı-Abşeron” Külək Elektrik Stansiyası layihəsi haqqında qısa videoçarx nümayiş olunub.
Azərbaycan Prezidenti İlham Əliyev və “ACWA Power” şirkətinin təsisçisi və İcraçı direktoru Məhəmməd Əbunəyyan 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasını işə salıblar.
Sonda birgə foto çəkdirilib.














