Prezident İlham Əliyev onlara general rütbəsi verdi-Sərəncam
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb.
XALQ.AZ xəbər verir ki, Sərəncamla Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib:
“general-leytenant” hərbi rütbəsi
general-mayor Namiq Sərəfruz oğlu İslamzadəyə,
“general-mayor” hərbi rütbəsi
polkovnik Həsən Əli oğlu Əlövsədova və polkovnik Vilayət Bərxudar oğlu Quluyevə.
Fotoda: General Vilayət Quluyev
Qeyd edək ki, general N.İslamzadə bu yaxınlarda Hərbi Hava Qüvvələrinin Komandanı təyin edilib.












