media-pp

ABŞ Prezidenti Donald Tramp bu həftənin cümə günü Azərbaycan və Ermənistan liderləri ilə görüş keçirəcək.

XALQ-ın məlumatına görə, Ağ Evdən “Bloomberg” agentliyinə göndərilən daxili planlaşdırma sənədində bu barədə açıq qeyd olunub.

Sənədə əsasən, avqustun 8-də (cümə günü) Tramp Bakı vaxtı ilə saat 22:30-da Ermənistanın Baş naziri Nikol Paşinyanla, 23:20-də isə Azərbaycan Prezidenti İlham Əliyevlə ikitərəfli görüşlər keçirəcək.

Ardınca isə Bakı vaxtı ilə saat 00:00-da hər iki liderin iştirakı ilə birgə bəyanat veriləcək.

Qeyd edək ki, bundan əvvəl mətbuatda Azərbaycanla Ermənistan liderlərinin birgə bəyanat imzalayacağı barədə xəbərlər yayılıb.

media-87


media-728x90banner

Bənzər xəbərlər