Prezident İlham Əliyev Rüstəm Minnixanovu təltif etdi
Azərbaycan Prezidenti İlham Əliyev Tatarıstanın Rəisi Rüstəm Minnixanov ilə görüşüb.
XALQ.AZ xəbər verir ki, bununla bağlı Przeidentin Mətbuat Xidməti məlumat yayıb.
****
Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanovun Azərbaycanın “Dostluq” ordeni ilə təltifolunma mərasimi keçirilib.
XALQ.AZ xəbər verir ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən, Azərbaycanla Rusiya arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə Rüstəm Minnixanov “Dostluq” ordeni ilə təltif edilib.
***
Rüstəm Minnixanov “Dostluq” ordeni ilə təltif edilib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə Rüstəm Nurqaliyeviç Minnixanov “Dostluq” ordeni ilə təltif olunub.











