media-88

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev sentyabrın 27-də – Anım Günündə Gəncə Memorial Kompleksinin açılışında iştirak edib.

XALQ-ın məlumatına görə, dövlət başçısı sonra Komplekdə Ermənistanın raket hücumu zamanı hər iki valideynini itirən Nilay Əliyeva  və onun babası Zahid Babazadə ilə görüşüb.

Balaca Nilay Prezidentlə görüşü barədə təəssüratlarını belə ifadə edib:

“Soruşdu ki, harada qalıram, neçənci sinifdə oxuyuram? Cavab verdim ki, ikinci sinifdə oxuyuram. O park tikilən yerdə əvvəl evimiz olmuşdu. Ora bomba atdılar, evimiz dağıldı.

Yaxşı babadır. Gördüyümdən bir az hündürdür. Mən onu çox sevdim. Mənimlə maraqlı söhbətlər etdi. Çox istəyirdim ki, onu görüm. Dualarım yerinə yetdi”.

Ətraflı “Baku TV”nin reportajında:

****

Prezident İlham Əliyev sentyabrın 27-də – Anım Günündə Gəncə Memorial Kompleksinin açılışında iştirak edib.

Məlumata görə, dövlət başçısı sonra Komplekdə Ermənistanın raket hücumu zamanı hər iki valideynini itirən Nilay Əliyeva və onun babası Zahid Babazadə ilə görüşüb.

Qeyd edək ki, Vətən müharibəsi zamanı ermənilərin Gəncədə törətdiyi terror nəticəsində dörd uşaq hər iki valideynini itirib. Onlardan biri 2020-ci il oktyabrın 11-də endirilən raket zərbəsi zamanı ata və anasını, eləcə də nənəsini şəhid verən Nilay Əliyevadır. Həmin vaxt Nilayın heç iki yaşı da yox idi. Atası Adil Əliyev partlayış zamanı, anası Günay Əliyeva isə bir gün sonra şəhid olub.

Xatırladaq ki, Gəncə şəhəri Vətən müharibəsi zamanı – 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriya hücumlarına məruz qalıb. Bu terror nəticəsində 26 nəfər həlak olub, 170-dən çox insan yaralanıb, mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

 

prezidentin-elinden-tutdugu-qiz-nilaydir



media-728x90banner

Bənzər xəbərlər