Prezident İlham Əliyev Trampdan yazdı
Ağ Ev Müxbirləri Assosiasiyasının Vaşinqtonda keçirilən şam yeməyində baş verən atışma məni dərindən sarsıdıb.
XALQ xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev “X” sosial şəbəkə hesabında paylaşım edib.
“Belə zorakılıq halları qəbuledilməzdir və qəti şəkildə pislənməlidir. Prezident Trampın, Birinci xanımın və bütün iştirakçıların təhlükəsiz olması sevindiricidir. Onlara davamlı təhlükəsizlik və rifah arzulayıram”, – deyə Dövlət başçısı vurğulayıb.










