Prezident İlham Əliyevdən yeni təyinat
Azərbaycan Prezident Administrasiyasının (PA) Siyasi təhlil və informasiya təminatı şöbəsinə yeni müdir təyin edilib. Bununla bağlı Azərbaycan prezidenti İlham Əliyev dünən sərəncam imzalayıb. Sərəncama əsasən, PA-nın Siyasi təhlil və informasiya təminatı şöbəsinə Səadət Vidadi qızı Yusifova rəhbər təyin edilib.
Xalq.az xəbər verir ki , S. Yusifova buna qədər Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsində baş məsləhətçi vəzifəsində çalışıb.
O, 1974-cü ildə anadan olub. 1998-ci ildə “Hər gün” qəzetində jurnalist kimi fəaliyyət göstərib. Hüquq üzrə fəlsəfə doktorudur.
S.Yusifova BDU-nun Beynəlxalq hüquq kafedrasının müəllimi, Azərbaycan Hüquqşünaslari Konfederasiyasinin İdarə Heyətinin üzvüdür. Prezidentin 27 iyun 2013-cü il tarixli fərmanı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təlktif edilib.
Qeyd edək ki, siyasi təhlil və informasiya təminatı şöbəsinə əvvəllər Elnur Aslanov rəhbərlik edib. O, bu il martın 17-də Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə işdən azad olunub.











