Prezident İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində “907”-ci maddə ləğv olundu
“907-ci düzəliş 33 ildən sonra bu gün ləğv olundu”.
XALQ xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə mətbuata birgə bəyanatında bildirib.
Dövlətimizin başçısı bununla bağlı ABŞ Prezidenti Donald Trampa təşəkkürünü ifadə edib.