media-konn

AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Könül Bünyadzadənin “Sufi fenomenologiya” adlı kitabının təqdimatı keçiriləcək.

media-kon

XALQ xəbər verir ki, kitab təqdimatı 29 aprel saat 15:00 Prezident Kitabxanasında keçiriləcək. Tədbirdə ölkənin elm xadimləri, ictimayyət nümayəndələri iştirak edəcəklər.

media-87

Qeyd edək ki, tanınmış filosof alim, professor Könül Bünyadzadənin “Sufi fenomenologiya” adlı kitabı  ilk dəfə 2023-cü ildə Azərbaycan dilində iki cilddə nəşr olunub, elmi ictimaiyyət tərəfindən geniş müzakirə edilib.

 

Həmçinin nüfuzlu “Springer” nəşriyyatında ingilis dilində çap olunub.  2024-cü ildə İtaliyanın paytaxtı Romada keçirilmiş XXV Dünya Fəlsəfə Konqresində təqdim olunub.

media-722

Dörd hissə və 15 paraqrafdan ibarət olan monoqrafiyada sufilik və fenomenologiya ənənələrinin sintezi əsasında şüur, həqiqət və varlıq problemlərinə yeni fəlsəfi yanaşma təqdim olunur. Müəllif Şərq və Qərb düşüncə ənənələrinə istinad edərək mənəvi idrakla rasional təhlili birləşdirən vahid metod irəli sürür və bunu insanlığın əbədi həqiqət axtarışı kontekstində əsaslandırır.


media-728x90banner

Bənzər xəbərlər