Prezident onları səfir təyin etdi-Sərəncam
Azərbaycanın Bəhreyn Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin olunub.
XALQ xəbər verir ki, Prezident İlham Əliyevin sərəncamı ilə Cavidan Rizvan oğlu Hüseynov Azərbaycanın Bəhreyn Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
C.Hüseynov bu təyinata qədər Azərbaycanın Dubay şəhərində baş konsulu vəzifəsini tutub.
***
Elmar Eldar oğlu Məmmədov Azərbaycanın Bolqarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.
****
Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin olunub.
Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncamla Kamran Vahid oğlu Məmmədzadə Dubay şəhərində Azərbaycanın baş konsulu təyin edilib.










