Prezident Qəbələdə Babişi ilə görüşdü
Qəbələdə Çex Respublikasının Baş naziri Andrey Babişin rəsmi qarşılanma mərasimi olub.
XALQ xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Çexiyanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidenti İlham Əliyev Çexiyanın Baş naziri Andrey Babişi qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi Çexiyanın Baş nazirinə raport verib.
Çex Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Çexiyanın Baş naziri Andrey Babişin qarşısından keçib. Azərbaycan nümayəndə heyətinin üzvləri Baş nazir Andrey Babişə, Çexiya nümayəndə heyətinin üzvləri isə Prezident İlham Əliyevə təqdim olunub.
Sonra rəsmi foto çəkdirilib.
****
Azərbaycan Prezidenti İlham Əliyev və Çex Respublikasının Baş naziri Andrey Babiş mətbuata bəyanatlarla çıxış ediblər.
XALQ ” xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

















Azərbaycan Prezidenti İlham Əliyevin Qəbələdə Çex Respublikasının Baş naziri Andrey Babişlə geniş tərkibdə görüşü olub.
XALQ xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb.


Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyevin Çex Respublikasının Baş naziri Andrey Babişlə Qəbələdə təkbətək görüşü keçirilib.
XALQ” xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb.














