Prezident İlham Əliyev qızları Leyla və Arzu Əliyevaları nəvələri Mikayıl və Əli Ağalarovlar təltif edib

Bu barədə sosial şəbəkə hesablarında maraqlı paylaşım ediblər.

XALQ.AZ  xəbər verir ki, onlar BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştiraklarına görə təltif olunublar.

Prezident “Təşəkkürnamə”ləri onlara şəxsən təqdim edib.

Bu barədə sosial şəbəkə hesablarında paylaşım edən L. Əliyeva “şadam ki, COP29-da, bir çoxları kimi, mənim də əməyimə yüksək qiymət verilib”, A. Əliyeva isə “sevinirəm ki, COP29-da mənim də zəhmətim diqqətə layiq görülüb və yüksək qiymətləndirilib” şərhini yazıb.

M.Ağalarov paylaşdığı fotoya “COP29-da könüllü olduğum üçün qürur duyuram”, Ə.Ağalarov isə “COP29-da iştirak gözəl təcrübə idi” şərhini yazıb.

 


media-728x90banner

Bənzər xəbərlər