Azərbaycan Prezidenti İlham Əliyev iyunun 10-da Türkiyə  Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya işgüzar səfərə gedib.
XALQ.AZ xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Ankaranın Esenboğa Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyevi Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz və digər rəsmi şəxslər qarşılayıblar.
****
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 10-da Ankaranın Esenboğa Hava Limanında görüşüblər.
Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
*****

İyunun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan birgə nahar ediblər.

 ******

 


media-728x90banner

Bənzər xəbərlər