media-li

Noyabrın 11-də Türkiyənin Antalya şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammiti keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva tədbirdə iştirak ediblər.

Əvvəlcə “Anadolu atəşi” ansamblının ifasında müxtəlif rəqslər təqdim olundu.
Sonra Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antoni Quterreş, Avstraliya İttifaqının Baş naziri Entoni Albaniz, Efiopiya Federativ Demokratik Respublikasının Baş naziri Abiy Əhməd Əli, Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silva və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış etdilər.

13:26

Türkiyənin Antalya şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammiti keçirilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva tədbirdə iştirak edirlər.


media-728x90banner

Bənzər xəbərlər