Prezident yeni səfirlər təyin etdi
Fərid Yunis oğlu Talıbov Azərbaycan Respublikasının Yaponiyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
XALQ xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
***
Gürsel Qüdrət oğlu İsmayılzadə Azərbaycan Respublikasının Yaponiyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
****
Məmməd Afiq oğlu Talıbov Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarında, eyni zamanda Honduras Respublikasında, Kolumbiya Respublikasında, Kosta Rika Respublikasında, Qvatemala Respublikasında, Panama Respublikasında və Peru Respublikasında səfiri vəzifəsindən geri çağırılıb.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
****
Seymur Həbib oğlu Fətəliyev Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
XALQ Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
****
Mütəllim Sabir oğlu Mirzəyev Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
****
Şahin Şakir oğlu Abdullayev Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
***
Əliyənnağı Mehti oğlu Hüseynov İranın Təbriz şəhərində Azərbaycanın baş konsulu vəzifəsindən geri çağırılıb.
Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Dövlət başçısının digər Sərəncamına əsasən, sözügedən vəzifəyə Taleh Balaşirin oğlu Zöhrabov təyin edilib.










