Vüqar Vahid oğlu Novruzov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

XALQ  xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

 

 Dövlət başçısının digər Sərəncamı ilə Vüqar Vahid oğlu Novruzov Göygöl Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

Qeyd edək ki, V.Novruzov 2019-cu ilin dekabrında Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuşdu.

Həmçinin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Çingiz oğlu Mürsəlov vəzifəsindən azad edilib.

 

media-orxan

Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə O. Mürsəlov Göyçay Rayon İcra Hakimiyyətinə başçısı təyin edilib.

 

Məlumata görə Natiq Nuşravan oğlu Ağayev Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

media-natiq

Dövlət başçısının digər Sərəncamı ilə Natiq Nuşravan oğlu Ağayev Balakən Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

Qeyd edək ki, Balakən RİH-nin sabiq icra başçısı İslam Rzayev Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilib. O, korrupsiyada ittiham olunur.

Digər məlluata görə, Elvin Nazim oğlu Paşayev Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

media-elv

Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Prezidentin digər sərəncamı ilə o, Qax Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

 


media-728x90banner

Bənzər xəbərlər