featured-image-11280

1

 

 

İ.M.Əliyevə daxili xidmət general-mayoru ali xüsusi rütbəsinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi İsrayıl Məhərrəm oğlu Əliyevə daxili xidmət general-mayoru ali xüsusi rütbəsi verilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 dekabr 2013-cü il.

 


 

E.R.Hüseynova general-mayor hərbi rütbəsinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunları komandanının birinci müavini Elmar Ramiz oğlu Hüseynova general-mayor hərbi rütbəsi verilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 dekabr 2013-cü il.


Ş.İ.Abdullayevə general-leytenant hərbi rütbəsinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri general-mayor Şamı İsmayıl oğlu Abdullayevə general-leytenant hərbi rütbəsi verilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 dekabr 2013-cü il.


media-728x90banner

Bənzər xəbərlər