media-hikm

Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev ilə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında Ermənistanın Dilican şəhərində görüş keçirilib.

Görüş zamanı tərəflər Azərbaycan-Ermənistan sülh gündəliyi ilə bağlı bir sıra məsələləri müzakirə ediblər.

Müzakirələrdə regionda davamlı sülhün və sabitliyin təmin olunmasına yönəlmiş səylər çərçivəsində ikitərəfli dialoqun davam etdirilməsinin vacibliyi vurğulanıb.

Tərəflər, həmçinin işçi səviyyəsində təmasların davam etdirilməsi barədə razılığa gəliblər. Görüş zamanı növbəti təmasın Azərbaycanda keçirilməsi qərara alınıb.

Qeyd edək ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində son dövrlərdə müxtəlif səviyyələrdə təmaslar davam etdirilir. Bu görüş də tərəflər arasında dialoq prosesinin növbəti mərhələsi kimi qiymətləndirilir.

 


media-728x90banner

Bənzər xəbərlər