Prezidentin Sərəncam: Bu məhkəmələrə sədr və hakimlər təyin olundu
Prezident İlham Əliyev apellyasiya məhkəmələri sədrlərinin, məhkəmə kollegiyası sədrinin, birinci instansiya məhkəmələri sədrlərinin və hakimlərinin təyin edilməsi ilə bağlı Sərəncam imzalayıb.
XALQ xəbər verir ki, Sərəncama əsasən,
apellyasiya məhkəmələri üzrə:
Əkbərov Mübariz Dosməmməd oğlu – Bakı Apellyasiya Məhkəməsinin sədri
Paşayev Tofiq Temir oğlu – Sumqayıt Apellyasiya Məhkəməsinin sədri
Quliyev Nuru Nadir oğlu – Şəki Apellyasiya Məhkəməsinin sədri
Abdullayev Vəli Əsgər oğlu – Şirvan Apellyasiya Məhkəməsinin sədri
ağır cinayətlər məhkəmələri üzrə:
Rəşad Şəmşir oğlu Əliyev – Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin sədri
Rafail Əyyub oğlu Əliyev – Şəki Ağır Cinayətlər Məhkəməsinin sədri
Fikrət Cilingir oğlu Hüseynov – Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının sədri
Zaur Arif oğlu Hacıyev – Bakı Hərbi Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi
Günel Kamil qızı Səmədova – Bakı Hərbi Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi
Azər Ramiz oğlu Tağıyev – Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi
hərbi məhkəmələr üzrə:
Taleh Məhəmmədəli oğlu Mustafayev – Goranboy Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Gəncə Hərbi Məhkəməsinin hakimi
kommersiya məhkəmələri üzrə:
Gündüz Əhməd oğlu Şirinov – Samux Rayon Məhkəməsinin hakimi və sədri vəzifələrindən azad edilərək Gəncə Kommersiya Məhkəməsinin hakimi və sədri
Bakı şəhərinin rayon məhkəmələri üzrə:
Vahid Nəriman oğlu Sadıqov – Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi və sədri
rayon (şəhər) məhkəmələri üzrə:
Tərlan Vaqif oğlu Nüsrətov – Cəbrayıl Rayon Məhkəməsinin hakimi və sədri vəzifələrindən azad edilərək Xankəndi Şəhər Məhkəməsinin hakimi və sədri
Şəhriyar İbrahim oğlu Əliyev – Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Kürdəmir Rayon Məhkəməsinin hakimi və sədri
Nural Turab oğlu Əliyev – Samux Rayon Məhkəməsinin hakimi və sədri təyin edilib.
****
Xankəndi Şəhər Məhkəməsinə yeni sədr təyin edilib.
XALQ xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən Tərlan Nüsrətov Cəbrayıl Rayon Məhkəməsinin hakimi və sədri vəzifələrindən azad edilərək Xankəndi Şəhər Məhkəməsinə hakim və sədr təyin olunub.
Qeyd edək ki, Xankəndinin əvvəlki hakimi və sədri İlkin Abdullayev idi. O, Ali Məhkəməyə hakim təyin ediləcək.
***
Gəncə Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilən Nural Əliyev faliyyətini Samuxda davam etdirəcək.
Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
Nural Əliyev Samux Rayon Məhkəməsinin hakimi və sədri təyin edilib.
****
Bakı Ağır Cinayətlər Məhkəməsinə və Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə yeni hakimlər təyin edilib.
Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, Bakı Hərbi Məhkəməsinin hakimləri Zaur Hacıyev və Günel Səmədova Bakı Ağır Cinayətlər Məhkəməsinin, Səbail Rayon Məhkəməsinin hakimi Azər Tağıyev Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin ediliblər.
Qeyd edək, sözügedən hakimlər hər biri ayrı-ayrı ayrı vaxtlarda ölkə gündəmində müzakirə edilən cinayət işlərini araşdırıblar.













