Prezidentin Sərəncamı: Azərbaycanda 2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan olundu
Azərbaycanda 2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan edilib.
XALQ xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, Prezident Administrasiyası Azərbaycanda 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı tədbirlər planına dair təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməlidir.










