Prezidentin Təhsil Nazirliyi haqqında Sərəncamı
Azərbaycan prezidenti İlham Əliyev Biləsuvar, Beyləqan, İmişli, Neftçala və Saatlı rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb.
XALQ.AZ-ın məlumatına görə , sənəddə bildirilir ki, Biləsuvar, Beyləqan, İmişli, Neftçala və Saatlı rayonlarında cəmi 824 şagird yerlik modul tipli 12 məktəbin quraşdırılması məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə 4 172 000 manat ayrılıb.
Sərəncama əsasən, Biləsuvarın Muğankənd, Neftçalanın Mirzəqurbanlı, Qaraqaşlı, Aşağı Surra, Xoltəzəkənd, Xolqaraqaşlı, Qazaxbərəsi, Pirəbbə, İmişlinin Muradxanlı, Beyləqanın Əhmədli və Gödəklər kənd məktəbləri, həmçinin Saatlı şəhər 1 nömrəli ümumi orta məktəb üçün modul tipli binalar quraşdırılacaq.
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
|
Sıra №-si |
Təhsil müəssisələrinin adları |
Ayrılan vəsait |
|
1 |
Biləsuvar rayonu Muğankənd kənd 80 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması |
390 000 |
|
2 |
Neftçala rayonu Mirzəqurbanlı kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması |
315 000 |
|
3 |
Neftçala rayonu Qaraqaşlı kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması |
315 000 |
|
4 |
Neftçala rayonu Eldar Rəhmanov adına Aşağı Surra kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması |
315 000 |
|
5 |
Neftçala rayonu Rövşən Babayev adına Xoltəzəkənd kənd 80 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması |
390 000 |
|
6 |
Neftçala rayonu Xolqaraqaşlı kənd 80 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması |
390 000 |
|
7 |
Neftçala rayonu Qazaxbərəsi kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması |
315 000 |
|
8 |
Neftçala rayonu Pirəbbə kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması |
262 000 |
|
9 |
İmişli rayonu Muradxanlı kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması |
315 000 |
|
10 |
Saatlı şəhər 1 nömrəli 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması |
315 000 |
|
11 |
Beyləqan rayonu, Əhmədli kənd 96 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması |
425 000 |
|
12 |
Beyləqan rayonu Gödəklər kənd 96 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması |
425 000 |
| Cəmi |
4 172 00 |










