Prezidentlər görüşdü
Azərbaycanda rəsmi səfərdə olan Qvineya-Bisau Prezidenti Umaru Sisoku Embalonun rəsmi qarşılanma mərasimi olub.
XALQ.AZ xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Qvineya-Bisau Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidenti İlham Əliyev Qvineya-Bisau Prezidenti Umaru Sisoku Embalonu qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi Qvineya-Bisau Prezidentinə raport verib.
Qvineya-Bisau və Azərbaycanın Dövlət himnləri səsləndirilib.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Qvineya-Bisau Prezidenti Umaru Sisoku Embalonun qarşısından keçib.
Dövlət başçıları rəsmi foto çəkdiriblər.





****
Azərbaycan Prezidenti İlham Əliyevin Qvineya-Bisau Prezidenti Umaru Sisoku Embalo ilə təkbətək görüşü olub.











