Prezidentlər görüşdü
Sentyabrın 30-da Azərbaycana rəsmi səfərə gələn İtaliya Prezidenti Sercio Mattarellanın rəsmi qarşılanma mərasimi olub.
XALQ xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda İtaliya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidenti İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarellanı qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi İtaliya Prezidentinə raport verib.
İtaliya Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səslənib.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və İtaliya Prezidenti Sercio Mattarellanın qarşısından keçib.






Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyanın Prezidenti Sercio Mattarella ilə təkbətək görüşü keçirilib.
Bu haqda Prezidentin mətbuat xidməti məlumat yayıb.
****
Azərbaycan Prezidenti İlham Əliyevin İtaliya Prezidenti Sercio Mattarella ilə geniş tərkibdə görüşü keçirilib.
