Bakıda səfərdə olan Rusiya Prezidenti Vladimir Putin Fəxri xiyabanı ziyarət edib.

XALQ.AZ   xəbər verir ki, bu barədə məlumatı “RİA Novosti” yayıb.

O, ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoyub.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.

 

Həmçinin  Azərbaycanda dövlət səfərində olan Rusiya Prezidenti Vladimir Putin avqustun 19-da Şəhidlər xiyabanını ziyarət edib.

 Rusiya prezidenti şəhidlərin xatirəsini anaraq “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

 


media-728x90banner

Bənzər xəbərlər