Putini necə dayandırma olar?
“ABŞ Prezidenti Donald Trampın yeni sanksiyaları Rusiyanın hərbi maşınına ziyan vuracaq, amma Vladimir Putini sülh bağlamağa məcbur etmək üçün hələ də uzaqmənzilli raketlərə ehtiyacı var”.
XALQ xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Axios”a müsahibəsində deyib.
“Tramp eskalasiyadan narahatdır, amma danışıqlar olmasa, eskalasiya baş verəcək. Putin dayanmasa, onu dayandıracaq nəyəsə ehtiyacımız var. Sanksiyalar bu vasitələrdən biridir, amma bizə uzaqmənzilli raketlər də lazımdır”, – Zelenski vurğulayıb.
Dövlət başçısı qeyd edib ki, Ağ Evdə keçirilən görüşdə sülh sazişi planı və Ukraynaya “Tomahavk” raketlərinin tədarükü barədə fikir mübadiləsi aparılıb:
“Görüş konstruktiv və çətin keçdi. Prezident Trampla danışıqlarım Rusiyaya təzyiq haqqında idi. Ona (Tramp Putinə) təzyiq etmək istəyirdi, amma vəziyyəti gərginləşdirmək və ya pəncərəni bağlamaq da istəmirdi”.










