1 sentyabr 2024-cü ildə Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkilərdə 33 saylı Xətai 1-ci seçki dairəsindən namizəd Zahid Orucun seçki təbliğatı ərazi üzrə uğurla davam edir. Növbəti görüş Sarayevo 13 küçəsinin sakinləri ilə oldu.

Əvvəlcə namizədin vəkilləri tarixçi Əfqan Vəliyev, politoloq İlyas Hüseynov və politoloq, teleaparıcı, Azərbaycan Yazıçılar Birliyinin üzvü Tural İsmayılov Seçki Qərargahının hədəfləri və məqsədləri barədə seçiciləri məlumatlandırdı, Zahid Orucun seçki dövrü üçün gördüyü işlər və planlarının yer aldığı “Xüsusi Buraxılış” görüş iştirakçılarına paylandı.

 

 

Zahid Oruc bildirdi ki, məğlub olmuş xalqı idarə etmək asandır, çünki bu və ya digər məsələlərdə özünü gücsüz hiss edir. Amma qalib xalq mühüm gözləntilərə, istəklərə, tələblərə malikdir. O, tələbləri yerinə yetirməsən inam antiqüvvəyə çevrilir. Mütləq gərək o istəkləri ödəyəsən, problemləri həll edəsən.

 

 

 

 

Xətaidə xeyli uğurlu işlərin, genişmiqyaslı abadlıq-quruculuq tədbirlərinin görüldüyünü, əsas sənaye və ticarət mərkəzlərinin ərazidə yerləşdiyini bildirən Zahid Oruc problemlərin də mövcudluğunu etiraf etdi. Onu yaradan səbəblərin obyektiv tarixi səbəbləri üzərində dayandı, xüsusilə sovet dövründə inşa edilən böyük yaşayış massivlərinin su, istilik təminatı və digər təminatlarında yaşanan çətinliklərdən həll edilməsi üçün aidiyyatı qurumlarla daim koordinasiyada olduğunu vurğuladı. Seçkilərin nəticələrindən asılı olmayaraq, ictimai fikri öyrərən bir qurumun rəhbəri kimi Xətai 33 saylı dairənin hər zaman diqqət mərkəzində saxlayacağına görüş iştirakçılarını əmin etdi.

 

 

 

 

Zahid Oruc 10 gün ərzində harada görüşdə olubsa, orda qaldırılan problemlərlə bağlı Xətainin müvafiq strukturları ilə əlaqədə olduğunu vurğuladı. Artıq əvvəlki görüşlərdə səslənən bir sıra problemlərin həll edildiyini məmnunluq hissi və birlikdə çalışmanın faydası kimi dilə gətirdi. Seçkilərdə aktiv iştirakın vacibliyini vurğulayan Zahid Oruc seçicilərə səmimi qəlbdən təşəkkürünü bildirdi.

 

 

 

Namizəd Vətən müharibəsində parlaq qələbədən sonra Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə daha böyük nailiyyətlərin qazanılması üçün hər bir dövlət və hakimiyyət təmsilçisinin məsuliyyətlə çalışmasını, təkcə seçki kampaniyası dövründə deyil, hər zaman millətimizin tələb və müraciətlərinə həssaslıqla yanaşmalarını “Yeni Dövr”ün başlıca çağırışı adlandırdı.

 

 

Daha sonra yaxınlıqda yerləşən və ərazinin ən böyük məktəblərindən biri olan, vaxtilə Bakının və ölkəmizin təhsil nailiyyətləri sırasında xüsusi yer tutan 95 nömrəli məktəbin bir neçə müəllimi ilə səmimi söhbət etdi, onların qaldırdıqları çoxsaylı tələbləri dinlədi və qanunvericiliklə təhsil müəssisələrində görüşlər qadağan edildiyi üçün yalnız həmin məktəbin sinif otaqları, idman zalı və ətrafında aparılan müxtəlif tikinti-inşaat işlərinin tədris prosesinə təsiri ilə tanış oldu, müxtəlif hökumət orqanları ilə gələcəkdə birgə görüləcək tədbirlərdən söz açdı. Lakin qanun seçki dövründə belə birbaşa müdaxilələri qadağan eməsi pedaqoji kollektivə izah olundu.

 

 

Çıxış edən Sarayevo 13 küçəsinin sakinləri Zahid Orucun onların ünvanına, ayaqlarına gəlməsindən razılıqlarını bildirdilər, sadəlik və xalqa yaxınlığın millət vəkilliyinin birinci şərti olduğunu söylədilər, onların arasında olmağı, fərdi olaraq bütün seçiciləri dinləməyi sakinlər tərəfindən rəğbətlə qarşıladılar.

 

 

Çıxışçılardan Xankişiyev Əli Sarayevo 13 küçəsindəki işıqlandırma problemindən, Yeganə Rəhimova bəzi binaların zirzəmilərində antisanitariya hökm sürməsindən danışdı. Sakin Simnarə Bayramova isə əsasən ətrafda narkotik maddələrin yayılması təhlükəsinin gənclərin həyatını təhdid etyməsini və müvafiq hüquqi mühafizə orqanlarına bunların çatdırılmasını istədi. Zahid Orucun ətraf ərazilərdəki görüşlərdən sonra problemin həlli ilə bağlı işlərin görülməsindən məlumatlı olduğunu bildirən Yeganə xanım 1 sentyabrda hamılıqla Zahid Oruca səs verəcəklərini söylədi. Sakin Vüqar Əliyev bildirdi ki, istirahət guşələrinin və səkilərin sayının artırılmasına ehtiyac var. Əkrəm Abdullayev isə müharibə veteranlarına verilən müavinətin azlığından şikayətləndi, pensiya təminatı sahəsində qanunvericiliyin gerçəkliklə əlaqəsini tənqid etdi və bir sıra təkliflərini irəli sürdü.

 

 

 

Daha sonra Zahid Oruc seçicilərlə görüşlər çərçivəsində Məzahir Rüstəmov küçəsində yerləşən “Rəngli Dünyam” adlı əl işləri mağazasını xanım sahibkarlarımıza dəstək məqsədilə ziyarət edib.

Azərbaycanda sənətkarlığın qədim tarixindən qısa söz açan deputatlığa namizəd kiçik bir məkanda nə qədər böyük təxəyyül dünyasının və zehni-fiziki zəhmətin birləşdiyini vurğuladı. O qeyd etdi ki, toxuculuq, xüsusilə xanımların zəngin yaradıcı və rəngarəng əl işləri, bir-birindən ilmə, çalar, naxış və əks etdirdiyi obrazların müxtəlifliyinə görə heyrətamiz şəkildə fərqlənən, bizi fərqli sehrlər aləminə aparan toxunma işləri milli mədəni varlığımızı qoruyub saxlayan ən güclü irsdir, əcdadlarımızın mirasıdır. Ona görə qadınlarımız sahibkarlıq fəaliyyəti ilə iqtisadi-sosial rifaha misilsiz tövhə verməklə yanaşı, daha çox nəsilləarası varisliyi təmin edir və mədəni sərvətlərimizin məhv olmaqdan sığortalayırlar, nəcib əlləri, könüllərinin və ürəklərinin istisi ilə hard disklərə çevirib toxunulmaz edirlər.

 

 

Xanım sahibkarın-gözəl və fidan 5 övlad böyüdən gənc ananın bir siyasət adamının onların sahibkarlıq fəaliyyətinə və təmsil etdikləri sənətkarlıq irsinə verdiyi dəyərdən məmnunluq ifadə edən Ləman Əzizova deputatlığa namizədin onların mağazısını ictimai vəkilləri ilə birgə ziyarət etməsindən hədsiz sevincini dilə gətirdi, dövlət adamlarında sadəlik və səmimiliyi ən ali keyfiyyət adlandırdı, bir qrup xanımla ərsəyə gətirdikləri və uşaqlarımızın mənəvi zənginliyinə, yaradıcı dünyasının inkişafına xidmət edən əməklərinə qiymət verdikləri üçün bütün qonaqlara təşəkkür etdi. O, xüsusilə müsbət nümunənin geniş yayılması üçün bütün informasiya platformalarında belə xəbərlərin tirajlanmasına ehtiyac olduğunu söylədi.

Sonda Zahid Oruc mağazadan müxtəlif suvinirlər və əl işləri aldı, yaxın dostlarını və həmkarlarını belə zəngin qalareyanı ziyarət etməyə çağırdı.

Sonda fidan balalarla xatirə şəkli çəkdirildi.

Daha sonra Zahid Oruc Məhəmməd Hadi 51 küçəsinin sakinləri ilə səmimi görüş keçirdi.

Çıxış üçün söz alan tanınmış jurnalist Azər Niftiyev 30 ilə yaxındır ki, bu ərazidə yaşadığını, istər vətəndaş, istərsə də media təmsilçisi kimi ictimai rəydə Zahid Orucun aktiv millət vəkili kimi tanınmasından məmnunluq duyduğunu və belə ictimai nüfuzun Xətai əhalinin xeyrinə işləyəcəyinə dərin inamını ifadə etdi. O sakinləri, qonşularını qarşıdakı Qələbə ayında-1 sentyabrda ümumxalq aksiyasında aktiv olmağa səsləyərək, layiqli namizəd kimi Zahid Oruca dəstək verməyə, onun millətimizə fədakar xidmətlərinə davam etdirilməsinə xeyir-dua verməyə çağırdı.

 

 

A.Niftiyev qeyd etdi ki, Zahid Oruc istər ümummilli məsələlər, istərsə də təmsil etdiyi bölgənin həyati əhəmiyyətli məsələlərinə geniş yer verdiyi üçün, dövlət və Hökumət orqanları ilə yaxından əməkdaşlıq edən beyin Mərkəzinin rəhbəri kimi ona etibar etməyin ərazinin və bütövlükdə bir rayonun gələcək iqtisadi-sosial inkişafına yalnız müsbət təsiri olacaqdır.

 

 

Məhəmməd Hadi 51 küçəsinin sakinləri ilə görüşdən məmnun olduğunu bildirən Zahid Oruc bildirib ki, kim ki xalqın ayağına gedir, xalq onu daim uca tutur. Sadə, zəhmətkeş insanların yanında olmaqdan qürur duyduğunu bildirən namizəd əraziyə daim baş çəkəcəyini, insanların öz millət vəkillərini hər zaman yanlarında görəcəyini söylədi.

O, bütün namizədlərə hörmətlə yanaşdığını deyib:

“Niyə 33 saylı Xətai birinci seçki dairəsindən namizəd olmağımla bağlı suallara gəlincə, namizədliyimi irəli sürərkən qərarımı əsaslandırmışam. Eyni zamanda “Xüsusi Buraxılış”da bütün fikirlərimiz yer alıb. Amma inanın ki, sənədləri rəsmən təqdim edənə qədər həmin dairədən kimlərin namizəd olduğundan məlumatsız idim. Hər zaman ləyaqətli mübarizənin tərəfdarı olmuşuq. Rəqiblərin və alternativlərin kimliyi anlayışı ilə hərəkət etmirik, hər bir seçicinin səsi uğrunda nübarizə aparırıq”.

 

 

Seçicilərdən görüşdə iştirak edən Səmayə İbrahimova yaşadıqları kooperativ binanın problemlərindən bəhs edərək, bu məsələni nəzərdə saxlamasını Zahid Orucdan xahiş etdi. Bəxtiyar İbrahimov yaşıllıqların bütün ərazidə sahəsinin genişləndirilməsinin vacibliyindən danışdı. Əziz İsmayılov başqa dairənin seçicisi olsa da Xətai sakini kimi Zahid Orucun görüşündə iştirak etmək istədiyini qeyd edərək, 33 saylı dairədəki qohumlarını Zahid Oruca səs vermək üçün təşviq edəcəyini vurğuladı. Seymur Namazov müəyyən ərazilərin gecə saatlarında işıqsız qaldığını vurğulayaraq narahatlıqlarını ifadə etdi.

Bütün qeyd edilən məsələlər Zahid Orucun vəkilləri tərəfindən qeydə alındı. Sonda xatirə şəkli çəkdirildi

Görüşün sonunda Zahid Oruc sakinlərlə məhəllənin binalarına baş çəkdi.


media-728x90banner

Bənzər xəbərlər