Qanunda dəyiklik olunacaq- Çoxuşaqlı ailələr bağlı təkliflər
Azərbaycanda 3 və daha artıq uşaqlı ailələrin sayı getdikcə azalır.
XALQ.AZ xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin təşkil etdiyi “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ailə, qadın və uşaq hüquqları – konstitusion hüquqların əsas prioriteti kimi” mövzusunda ictimai dinləmədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova deyib.
Bununla yanaşı, doğulan uşaqların cins nisbətində ciddi problemlər var. Bu bizi düşündürür, bu istiqamətdə qanunvericilik təkmilləşdirilməlidir. Abortların sayının artması da ciddi məsələdir, bunun da özünəməxsus xüsusiyyətləri var. Bu, demoqrafik inkişafa çox ciddi təsir göstərir”, – Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri qeyd edib.










