Qanunsuz reklamların sayı 25% artıb
Bu ilin yanvar-iyun aylarında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi qanunsuz reklamların yayımı ilə əlaqədar 80 müraciətə baxıb.
Bu barədə XALQ.az-a Agentlikdən bildirilib.
Məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 25% çoxdur.
Baxılan müraciətlərin 37-si xidmət, 15-i ticarət, 8-i qeyri-qida, 4-ü ictimai iaşə, 2-si dərman vasitələri və tibbi avadanlıqlar, 1-i qida, 1-i tütün məmulatları sahələri, 12-si isə digər sahələrə aid olub.