Qapıları məzarlığa açılan Sabunçu rayonu sakinləri: Şikayət-Video
Dörd bir tərəfi açıqdır, yaşayış evləri ilə əhatələnib. Nə hasarı var, nə qapısı. Bir sözlə yaşadığın evin darvazası məzarlığa açılır.
XALQ xəbər verir ki, görüntülər Sabunçu rayonu Maştağa qəsəbəsi, Zeytun bağları ərazisindəndir
Kimisi axşamlar bu ərazidən keçərkən ehtiyatlandığını, kimisi hasar olmadığından ərazinin kənar şəxslər tərəfindən korlandığını, kimisi isə sahibsiz heyvanların məskəninə çevrildiyini deyir
Sabuncu RİHB nin Mastaga qəsəbəsi uzrə nümayəndəsinin muavini Ramin Ağazadə sorğumuza cavab olaraq bildirdi ki, qəbiristanlıq 1975-80 illərdə əhali tərəfindən salınıb, ötən illər ərzində hər hansı bir qurumun balansına verilməyib.
Qeyd olunub ki, ərazinin hasarlanması məsələsinə məzarlığın aidiyyatı qrumun balansına verilməsindən sonra baxıla bilər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.