media-900
Neft sənayesindən marketlər zəncirinə, BOKT-lara və media təşkilatlarına qədər uzanan yol – Adnan Əhmədzadə kimdir?
Adnan Əhmədzadənin həbsi ciddi hadisədir.  O, uzun illər neft satışının əsas lokomativlərindən biri hesab olunurdu. 47 yaşlı A.Əhmədzadə sahib olduğu milyardları və dəbdəbəli həyat tərzini sosial şəbəkələrdə nümayiş etdirməklə də məşhurlaşmışdı.
media-00
Əldə etdiyim məlumata görə, Rumıniya xeyli müddətdir ki, Azərbaycandan aldığı neftin tərkibindən şikayət edirmiş. Onun həbsinin Rusiya ilə əlaqəli olan müəmmalı və qaranlıq hadisələrlə bağlı olduğu da ehtimallar sırasındadır.
Araşdırmalar aparılıb və nefti digər xam məhsullarla qarışdırıb satmaqla, Azərbaycanın neft sənayesinin şəffaflığına xələl gətirən prosesin başında məhz A.Əhmədzadənin dayandığı məlum olub.
media-84
Qeyd edim ki, A.Əhmədzadə Azərbaycanın bir çox supermarket şəbəkələrinin və bank olmayan kredit təşkilatlarının (BOKT) cəmləşdiyi holdinqə də rəhbərlik edir. Bu şirkətlərin hamısı onun Əkbər adlı bacanağı tərəfindən idarə olunur. “Mega”, “Grand”, “Bizim”, “Bol” şəbəkə marketlərini bir çətir altında – “Mega” brendi ətrafında birləşdirən A.Əhmədzadə,
media-11
eyni zamanda “Rahat” supermarketlər şəbəkəsinin daxil olduğu “ANC” Groupun da sahibidir.
“Fintrend”, “Azərbaycan Mikro-Kredit” və digər BOKT-maliyyə təsisatları da ona məxsusdur. Məşhur olmayan bu təşkilatların hansı məqsədlə yaradıldığı da şübhəlidir.
media-100
 Qeyd edək ki, Adnan Əhmədzadə milyonlara vəsait qarşılığında  məşhur futbolçular  – Lionel Messi, Luis Suares, Serxio Buskets və Xordi Alba ilə Bakıda  Bakı Kristal Zalında görüş təşkil etmişdir.
media-200
 Həmçinin  dünya futbol ulduzu Ronaldinyonu  və  “Barselona” klubunun prezidenti Xuan Laportanı,  Bakıya gətirən də Adnan Əhmədzadə olmuşdur.
media-80
media-90
Xüsusi qeyd:2024-cü ilin sonunda təsis edilən Azərbaycan Qiymətləndiricilər Palatasının formalaşmasında A.Əhmədzadə əsas söz sahiblərindən biri olub. Palatanın sədri Nüsrət İbrahimovun və hər iki müavininin onun xeyir-duası ilə seçildiyi də söylənilənlər arasındadır. İddialara görə, Palatanın bütün maddi texniki avadanlıqları onun tərəfindən təmin edilib.
media-nuss
 Həmçinin  bildirir ki, lüks həyat tərzi yaşayan Adnan Əhmədzadə Monacoda, Mayami-Biçdə ,Parisdə

həyata yoldaşı  Gülsəfa Əhməzadə  (Cəfərova)  əyləncələrini sosial hesablarında paylaşımlar edirdi.
Lakin məlum hadisədən sonra sosial platformada bu görüntülər silinib.
media-03 media-04 media-05 media-06 media-07 media-09
Adnan Əhmədazadə son model premium sinfinə aid 77-AA-555  dövlət nömrə nişanlı  “Maybach” markalı, “ avtomobillə  Bakıda mühafizəçilərlə  gəzməsidə  heç kəsə sirr deyildi.

media-977
Araşdırmalarımı zamanı məlum olmuşdur ki, *Adnan Əhmədzadə ilə bağlı digər maraqlı məqam isə dostu  Rafael Bünyatov, onun əlindən alınan federasiya və uşaq futboluna dəstək adı ilə yaratdığı Azərbaycan İdman İstedadları Akademiyasının (ASTA) bağlıdır*.
media-91
ASTA ilə bağlı qısa olaraq onu diqqətinizə çatdıraq ki, sözü gedən akademiyada məşq keçən 5 uşaq xarici “Marset” akademiyadadır. O uşaqlardan ikisi isə Rafael Bünyatovun ailə üzvləridir. Belə ki, ASTA-dan İspaniyanın məşhur “Marset” Akademiyasına keçə bilən yeniyetmə Adnan Bünyatov Rafael Bünyatovun qardaşı Vəliyullah Bünyatovun oğludur. O əmisinin yaxın dostunun adını daşıyır.
media-01
 Araşdırmalar zamanı məlum olmuşdur ki,  “CinemaPlus” kinoteatrlar şəbəkəsinin Müşahidə Şurasının sədri  və Biznesin inkişafı departamentinin direktoru Zaur Darab-zadədə Adnan Əhmədzadən dəstək alanlar arasındadır.
Növbədənəkənar parlament seçkilərində məğlub olan və MSK-nın qarşısında etiraz dalğası yaradan Zaur Darab-zadə sosial hesabında  son paylaşımındada Adnan Əhmədzadənin sadiqliyini nümayiş etdirib.
Qeyd edək ki,  hal-hazırda Adnan Əhmədzadə ilə bağlı mühüm araşdırma və təhlilər aparılır.
media-102
media-10 media-101
media-93

media-728x90banner

Bənzər xəbərlər