Xəbər verdiyimi kimi,Qarabağ” UEFA Çempionlar Liqasında növbəti oyununu keçirib. 

“Qafqazinfo” xəbər verir ki, Qurban Qurbanovun komandası Bakıda Cəbəllütariqin “Linkoln” klubunu qəbul edib.

Qarşılaşma Azərbaycan çempionunun 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

17, 31 və 44-cü dəqiqədə fərqlənən Olaviyo Juninyo het-trik edib. 66-cı dəqiqədə Yassin Benzia adını tabloya yazdırıb. 72-ci dəqiqədə Leandro Andradenin qolu oyuna son nöqtəni qoyub.

Səfərdə rəqibini iki cavabsız topla üstəyən “köhlən atlar” növbəti III təsnifat mərhələsinə yüksəlib.

“Qarabağ” bu raundda “Ludoqorets” (Bolqarıstan) – “Dinamo” (Minsk, Belarus) cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, ilk matç Bolqarıstan təmsilçisinin qələbəsi ilə başa çatıb.


media-728x90banner

Bənzər xəbərlər