“Qarabağ” və “İnter” qələbə qazandı
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk turuna yekun vurulub.
XALQ.AZ-ın məlumatına görə, bu gün 3 oyun keçirilib. “Qarabağ” klubu ilk turda Sumqayıta səfər edib. Ağdam təmsilçisi yerli “Sumqayıt” klubuna böyük hesabla məğlubiyyətə uğradıb. “Qarabağ”ın hücumçusu Reynaldo Silva görüşdə dubl edib.
Bakıda keçirilən “İnter” – “Qəbələ” oyununda meydan sahibləri 3 xalı 4 cavabsız qolla qazanıblar.
Qeyd edək ki, bu gün Naxçıvanda baş tutan oyunda “Araz Naxçıvan” “Neftçi” üzərində 3:0 hesablı qələbəyə sevinib.
Dünıən keçirilən AZAL – “Xəzər Lənkəran” oyununda qalib müəyyənləşməyib – 1:1. Turun digər matçı “Bakı” – “Simurq” oyunu isə məlum səbəblərdən təxirə salınıb.
10 avqust (bazar)
Azərbaycan Premyer Liqası, I-ci tur
“İnter” – “Qəbələ” – 4:0
Qollar: Amisulaşvili, 9 (1:0), Migel Alvaro, 15 (2:0), Məhəmməd Mirzəbəyov, 20 (3:0), Migel Alvaro,70 (4:0)
“Sumqayıt” – “Qarabağ” – 0:3
Qollar: Reynaldo, 34 (0:1), Reynaldo, 85 (0:3)
Hakimlər: Rauf Cabbarov, Mübariz Haşımov, Elşən Acalov, Sərxan İsmayılov
“Sumqayıt Arena”