Qaraçuxurda bu tikintiyə hansı məmur icazə verib?
Suraxanı rayonu ərazisində qanunsuz tikintilərin aparılması ilə bağlı mətbuatda və sosial platformalarda mütəmadi xəbərlər dərc olunmaqdadır. Bu qanunsuz tikintilərin qarşısı alınmır.
XALQ məlumat verir ki qanunsuz tikintilərə şərait yaradılıb. Hal-hazırda isə Suraxanı rayonu Əkrəm Cəfərov küçəsində qanunsuz tikinti inşa olunur.
Dövlət Şəhərsalma və Arxektura Komitəsindən və Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumundan rəsmi heç bir icazə alınmadan tikinti işlərinə Suraxanı rayonu Qaraçuxurda hansı məmur razılığı ilə inşa işləri aparıdığı bilinmir.
Qeyd edək ki, qanunsuz tikintilərə Suraxanı rayon İcra Hakimiyyəti hansı şərtlərlə icazə verdiyi müəmmalıdır
Suraxanı icra Hakimiyyətinin mövqeyini öyrənmək mümkün olmadı.
Aidiyyatı qurumların fikirlərinidə dərc etməyə hazırıq.
Həmin görüntüləri təqdim edirik:










