Qaradağ rayon icra hakimiyyətində xüsusi əməliyyat: Vəzifəli şəxslər saxlanıldı
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Qaradağ Rayon İcra Hakimiyyətində yoxlamalar aparıb.
XALQ “Unikal”a istinadən xəbər verir ki, yoxlamalar nəticəsində rayonun icra başçısının müavini Muradov Nadir Yədulla oğlu həbs edilib.
Məhkəmə N.Muradov barəsində 4 aylıq həbs-qətimkan tədbiri qərarı verib.
Məlumata, görə Qaradağ Rayon İcra Hakimiyyətində keçirilən əməliyyatla müavindən əlavə, daha bir neçə vəzifəli şəxs saxlanılıb.
Onlardan böyük məsləhətçi (memar) Qafar Abdullayev barəsində də həbs qətimkan tədbiri seçilib. Digər vəzifəlilər hazırda dindirmədədirlər.











