Qaya Məmmədov məktəbdə görüş keçirib
Milli Məclisin deputatı Qaya Məmmədov Suraxanıda orta məktəbdə görüş keçirib.
XALQ.AZ məlumat verir ki, millət vəkili Yeni Günəşlidə yerləşən 279 nömrəli tam orta məktəbdə müəllimlər və şagirdlərlə görüşüb. Millət vəkili bildirib ki, bu məktəb təkcə Suraxanı rayonu deyil, ölkəmizdə ən qabaqcıl məktəblərdəndir. Məktəbin şagirdləri bir qayda olaraq, Respublika və beynəlxalq olimpiadalarda, yarışlarda və müsabiqələrdə yüksək yerlər tuturlar. Məktəbin məzunları Harvard Universiteti daxil olmaqla dünyanın aparıcı ali məktəblərində təhsil alırlar. Bu cür parlaq nailiyyətlərə görə, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə, başda direktor Südabə müəllimə olmaqla 279 nömrəli məktəbin kollektivini, şagirdləri və onların valideynlərini təbrik edirəm deyə millət vəkili qeyd edib.