Qazax Mərkəzi Xəstəxanasında qanunsuzluq pik həddə: vətəndaşlar etiraz edir – Faktlar
Bir neçə gün öncə Qazax Rayon Mərkəzi Xəstəxanasında baş verən qanunsuzluqlar haqqında yazı dərc etmişdik. Bildirmişdik ki, Qazax RMX-nın doğuş şöbəsinin bir qrup işçisi baş tibb bacısı ilə üz-üzə gəliblər. Tibb ocağındakı acınacaqlı vəziyyət kənara qalsın, tibbi personalın iddiasına görə baş tibb bacısı Rəna Mustafayevanın adi davranış qaydalarına məhəl qoymaması söz-söhbətləri yaradan başlıca məsələdir. Onların etirazına səbəb Rəna Mustafayevanın işçiləri təhqir etməsidir. Bu qalmaqallardan sonra, Rəna Mustafayeva ərizə yazır ki, baş tibb bacısı vəzifəsindən çıxsın və adi bir işlə təmin olunsun. Amma bu oyunu quran Rövşən güya ki, onun ərizəsini alır. Sonradan necə olursa Rəna ərizəni Rövşənin əlindən alır və qaytarmır. Növbəti iş günü doğuş şöbəsində baş tibb bacısı vəzifəsi təhvil-təslim edilsin deyiləndə, Rəna bu işindən çıxmayacağını bəyan edir. Sonra baş direktorun kabinetinə gedir ki, mən işimdə qalıram. Maraqlıdır, bura şəxsi mağazadır ki, hər kəs öz istədiyini etsin? Elə bu səbəbdən işçilər Səhiyyə Nazirliyinin qaynar xəttinə zəng vurub xəstəxanada yoxlama aparılmasını tələb ediblər.
Dərc etdiyimiz yazı rayonda və sözügedən tibb müəsisəsində ciddi rezonans doğurub. Sosial şəbəkədə bu məsələyə münasibət bildirilib və vətəndaşlar Qazax Rayon Mərkəzi Xəstəxanası haqqında fikirlərini bildirib. Həmin fikirləri olduğu kimi diqqətinizə çatdırırıq:
@farah: Kaş tebibden ele bir yoxlama hele ki mən bütün qanunsuzluqları qoyam qabaqlarına ama imkan vermirlər ki gelene agzini açıb bir kəlmə deyesen, deyesen ki ay yoxlama özleri pul alıb işçi götürür, saxta buleteyin, saxta yatislar, firmalardan pul alıb içəri salmalar, cerrahlara qoyulan aylıq dasqilar ikisi bezdi getdi cərrahın. Əziz xəbər portalı siz mənimlə əlaqə saxlayın men size görün ne məlumatlar verecem, öncə xestexana daxilinde yaranmış əxlaqsız vəziyyətləri (subutda ederem)düzəltsinlər sonra kiminsə ağzından çıxan söze göre kimisə mühakimə etsinler
@userdi009:bizim qonşu Şəkər xəstəsidir Vallah yeni müdür gələndən yazıq dərmanlarını düzgün alanmır hətta iynələrini az verir kasıb kimsəsiz qızdır öz cibindən alır iynəsini keçən dəfə məndən xahiş etdi 10 dənə aldım
@(((……..?)))):Men qazaxliyam ozum pesekar feldserem 24 il agir sobelerde is stajim var 1 il qabag axrinci is yerimden ayrildim ve bas hekimin qebuluna getdim tecili yardimda yada cerahiyye sobesinde meni isle temin etmesi ucun hemin bax bu rovsen menim senedlerimi Aldi dedi doxdur mesquldu onsuzda sen iddiali oldugun yerler sene olmaz get baxarig hansiki butun xestexana meni taniyir ne ce bir isci oldugumu Rovsende menle salami olan bir adamdi amma bu defe ele bil meni hec tanimadi dediler bos yere gedib gelme o yerlerin qiymeti var 10 12 min geldim senedlerimi sakitce goturub cixdim Rovsen o qabagki illerin Rovseni deyildi 7 ay issizlikden sonra cox sukur en boyuk şirketlerden birine is teklifi aldim Hal hazirda calisiram sozum odurki qazaxda hemise rusvet olub hemisede savadli adamlar kenarda qalib savadsizlar at oynadb allah o iscilerede komek olsun
@jNƏCIBƏ Adigözəlova:hele az yazilib bu qadin hec xàdimeliyede layiq deyil iscilerin esebleriye oynayir bildiyiniz bir parazitdi dusub dogum evinin canina neyinki diplomu butun senedleri saxtadi niye du abirsizin elinde aciz qaliblar cox maraqlidir
@jNƏCIBƏ Adigözəlova:hele az yazilib bu qadin hec xàdimeliyede layiq deyil iscilerin esebleriye oynayir bildiyiniz bir parazitdi dusub dogum evinin canina neyinki diplomu butun senedleri saxtadi niye du abirsizin elinde aciz qaliblar cox maraqlidir
Xatırladaq ki, Rəna Mustafayeva 2004-dən 2014-cü ilə qədər Qazax RMX-nın Doğum Şöbəsində xadimə kimi, 2014-cü ildən hal-hazıra qədər baş tibb bacısı kimi çalışır. O, 2005-ci ildə Odlar Yurdu Universitetinin Qazax filialından (işlədiyi müddətdə) diplom alıb. Rəna Mustafayeva işlədiyi müddətdə necə diplom aldı? Bu sualla bağlı araşdırmamızda ortaya çıxdı ki, R.Mustafayeva 2023-cü ildə Gəncə tibb kollecində 24 günlük mama kursu keçib və 24 günlük kursda aldığı sertifikat əsasında doğum şöbəsində Baş Tibb bacısı necə təyin edilib.
Mənbənin iddiasına görə R.Mustafayevanın Odlar Yurdunun Qazax filialından aldığı diplom o zamanlar Təhsil Nazirliyində çalışan Samir Vəliyev vasitəsi ilə tanıtdırılıb.
Hər bir saxta diplomun arxasında cinayət əməli, dövlətdən mənimsənilmiş xeyli miqdarda vəsait və digər məsələlər dayanır. Ona görə də saxta diplom məsələsinə barmaqarası yanaşmaq olmaz. Bəs saxta diplomu olan və həmin şəxsləri işə götürənlərlə bağlı hansısa cinayət işi açıla bilərmi? Vəzifəli şəxs bilərəkdən saxta diplomu olanı işə götürərsə, məsuliyyətə cəlb oluna bilər. Bəhs etdiyimiz proses isə Qazax Rayon Mərkəzi Xəstəxanasın kadrlar məsələsindən məsul şəxsi, insan resursları şöbəsinin rəhbəri Yusifov Rövşən tərəfindən idarə olunub…
Yazıda adları keçənlərində fikirlərini dərc etməyə hazırıq
Sosial platformada Qazax Rayon Mərkəzi Xəstəxanasında baş verən hadislər barəsində yazılan şərhləri təqdim edirik.





















