media-kaz

Qazaxıstanda yeni Konstitusiyasının qəbul edilməsi ilə bağlı ümumxalq referendumu keçirilib.

XALQ  xəbər verir ki, səsvermə 30 avqust 1995‑ci ildə qəbul olunmuş konstitusiyaya dəyişikliklər edilməsi məqsədi daşıyır.

Ölkə Prezidenti Kasım-Jomart Tokayev də paytaxt Astanada referendumda iştirak edib.

Məlumata görə, saat 07:00-da açılan bütün yerli seçki məntəqələri 19:00-da bağlanıb və səsvermə başa çatıb.

Buna baxmayaraq ölkə hüdudlarından kənarda bəzi məntəqələr vətəndaşları qəbul etməyə davam edir.

San-Fransiskoda (ABŞ) yerləşən məntəqə isə martın 16-sı səhərə qədər fəaliyyət göstərəcək.

Mərkəzi Referendum Komissiyasının məlumatına görə, seçici fəallığı 73,24 % təşkil edib. Səsvermədə seçici siyahılarına daxil edilmiş vətəndaşların 50 %-dən çoxu iştirak etdiyi üçün referendum rəsmən baş tutmuş hesab olunub.

Referendumda vətəndaşlar tərəfindən dəstəklənəcəyi təqdirdə, yeni konstitusiya iyulun 1-dən qüvvəyə minəcək.

bu-gun-qazaxistanda-referendum-idi




media-728x90banner

Bənzər xəbərlər