Qəbələdən dəhşətli xəbər-Toyda zəhərlənənlər xəstəxanaya….
Qəbələ rayonunda kütləvi zəhərlənmə olub.
XALQ.AZ-ın məlumatına görə, gecə saatlarından etibarən rayonun müxtəlif kəndlərindən olan 40 nəfərə yaxın şəxs zəhərlənmə diaqnozu ilə tibbi xidmətə müraciət edib.
İlkin məlumata görə, sakinlər toyda yedikləri qidadan zəhərləniblər.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.