media-zeng
20 oktyabr — Zəngilan şəhəri günü
XIX əsrdə Qafqazın Rusiya imperiyası tərəfindən işğalından sonra aparılan inzibati islahatlara əsasən, Zəngəzur qəzası #Yelizavetpol (#Gəncə) quberniyasının tərkibinə daxil edilmişdi. Bu qəza #Sisian, #Qafan, #Mehri, #Zəngilan, #Qubadlı#Laçın nahiyələrini əhatə edirdi.
Lakin 1920-ci il 28 aprel tarixində Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra bolşevik Rusiyasının dəstəyi ilə ermənilər Zəngəzuru işğal etdilər. Qəzanın yuxarı hissəsi Ermənistana verildi, Laçın, Qubadlı və Zəngilan isə Azərbaycanın tərkibində qaldı.
Zəngilan rayonu #Həkəri çayı ilə Mehri silsiləsi arasında yerləşir. Şimalda Qubadlı, şərqdə Cəbrayıl, cənubda #Araz çayı vasitəsilə #İran, qərbdə isə Mehri və Qafan rayonları ilə sərhəddir.
Rayon ərazisində yura və təbaşir dövrlərinə aid süxurlar geniş yayılmışdır. Burada əhəngdaşı, mərmər, qızıl və tikinti daşları kimi faydalı qazıntılar mövcuddur. Ərazidən Araz, #Oxçuçay, Həkəri və #Bəsitçay kimi dörd əsas çay axır.
İşğala qədər Zəngilan əsasən kənd təsərrüfatı rayonu idi. Burada 29 kolxoz və sovxoz fəaliyyət göstərirdi, arıçılıq, heyvandarlıq və əkinçilik inkişaf etmişdi. Həmçinin rayondan keçən dəmir yolu xətləri boyunca altı vağzal və iyirmidən çox stansiya fəaliyyət göstərirdi.
#Füzuli#Cəbrayıl rayonları işğal edildikdən sonra Zəngilan sakinləri 67 gün tam mühasirədə qəhrəmancasına döyüşdülər. 25–29 oktyabr 1993-cü illərdə 235 nəfər şəhid və itkin verildikdən sonra əhali Araz çayını keçərək Azərbaycanın 43 rayonunda məskunlaşdı.
İşğal nəticəsində çoxsaylı tarixi və dini abidələr məhv edilmişdi — onlarla məscid, türbə və müqəddəs ocaqlar dağıdılmışdır. Bunlara XVII əsrə aid İmam Hüseyn məscidi, XIV əsrdən qalan Məməd bəy türbəsi, qədim qalalar, nekropollar və körpülər daxildir.
20 oktyabr 2020-ci ildə Zəngilan Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində işğaldan azad edildi.
Prezident İlham Əliyev xalqa müraciətində Zəngilan şəhərinin, həmçinin Havali, Zərnəli, Məmədbəyli, Həkəri, Şərifan və Birinci Mıxanlı kəndlərinin azad olunduğunu elan etdi.
Beləliklə, Zəngilan şəhəri, 4 qəsəbə və 49 kənd işğaldan tam azad edildi. Həmçinin #Azərbaycan-İran sərhədinin 132 kilometrlik hissəsi bərpa olundu.
26 noyabr 2020-ci ildə “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi. Bu medalla 6974 hərbi qulluqçu Zəngilanın azad edilməsində göstərdiyi qəhrəmanlığa görə təltif olundu.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən, 20 oktyabr Zəngilan şəhəri günü elan edilmişdir. Bu tarix yalnız azadlığın deyil, həm də qədim bir diyarın yenidən doğuluşunun simvoludur.
Azad olunmuş ərazilərin bərpasına dair ilk pilot layihə məhz Zəngilan rayonunun Ağalı kəndində həyata keçirildi. Burada 200 müasir ev, məktəb, uşaq bağçası, tibb məntəqəsi, “#ASANxidmət” və “#DOST” mərkəzləri inşa edildi.
Hazırda Zəngilanda yeni yollar, hava limanı, sənaye zonaları və kənd təsərrüfatı kompleksləri yaradılır. Bu, #Qarabağ#ŞərqiZəngəzur‘un gələcəyinə açılan yeni bir mərhələnin əsasını qoyur.
media-ulv
Ülviyyə Həməzyeva
Millət vəkili 

media-728x90banner

Bənzər xəbərlər