media-inshot_20260219_220358310
Prezident İlham Əliyevin Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirakı: Qlobal dialoqda Azərbaycanın artan rolu və yeni geosiyasi imkanlar
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqton şəhərinə səfəri və burada Sülh Şurasının ilk iclasında iştirakı həm Azərbaycanın beynəlxalq nüfuzunun artmasının, həm də ölkəmizin qlobal sülh təşəbbüslərində fəal iştirakının bariz göstəricisi kimi qiymətləndirilməlidir. Bu səfər yalnız protokol xarakterli tədbir deyil, həm də Azərbaycanın strateji tərəfdaşlıq siyasətinin, regional və qlobal təhlükəsizlik gündəliyində artan rolunun mühüm təsdiqidir.
Sülh Şurasının ilk iclası beynəlxalq təhlükəsizlik, münaqişələrin həlli və dialoq mexanizmlərinin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin bu mühüm platformada iştirakı Azərbaycanın artıq təkcə regional deyil, qlobal miqyasda söz sahibi olan dövlət kimi qəbul edildiyini göstərir.
Azərbaycan son illərdə balanslaşdırılmış xarici siyasəti, müxtəlif siyasi qütblər arasında körpü rolunu oynaması və multikultural dəyərlərə verdiyi töhfələrlə beynəlxalq etimad qazanıb. Prezidentin bu iclasda iştirakı Azərbaycanın sülhə, sabitliyə və əməkdaşlığa verdiyi real töhfələrin beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini təsdiqləyir.
Səfər çərçivəsində Prezident İlham Əliyevin ABŞ rəsmiləri, beynəlxalq təşkilat rəhbərləri və digər ölkələrin nümayəndələri ilə keçirdiyi görüşlər xüsusi diqqət çəkir. Bu görüşlər bir neçə mühüm istiqaməti əhatə edirdi. Belə ki, Azərbaycan-ABŞ münasibətlərinin inkişafı baxımından görüşlər zamanı ikitərəfli münasibətlərin mövcud vəziyyəti və perspektivləri geniş müzakirə olundu. Enerji təhlükəsizliyi, regional sabitlik və nəqliyyat layihələri əsas müzakirə mövzularından oldu. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol ABŞ tərəfindən yüksək qiymətləndirildi. Eyni zamanda, regional sülh gündəliyi və post-münaqişə dövrü ilə bağlı olaraq, Prezident İlham Əliyev görüşlər zamanı regionda davamlı sülhün təmin olunması istiqamətində Azərbaycanın prinsipial mövqeyini bir daha diqqətə çatdırdı. Azərbaycanın sülh müqaviləsinin imzalanmasında maraqlı olduğu və regionda yeni əməkdaşlıq mühitinin formalaşmasını dəstəklədiyi vurğulandı. Digər tərəfdən, görüşlərdə Azərbaycanın geosiyasi əhəmiyyətinin artması faktı da diqqət çəkdi.
Azərbaycanın Şərq və Qərb arasında strateji tranzit və enerji mərkəzi kimi rolu xüsusi qeyd olundu. Təkzibedilməz faktdır ki, Orta Dəhliz layihəsi, enerji marşrutları və kommunikasiya xətlərinin inkişafı Azərbaycanın beynəlxalq əhəmiyyətini daha da artırır.
Vaşinqton kimi qlobal siyasi qərarların qəbul olunduğu bir mərkəzdə keçirilən bu tədbirdə Prezident İlham Əliyevin iştirakı Azərbaycanın beynəlxalq nüfuzunun real göstəricisidir. Bu, həm də ölkəmizin müstəqil siyasət yürüdən, milli maraqlarını qətiyyətlə müdafiə edən və eyni zamanda beynəlxalq əməkdaşlığa açıq olan dövlət kimi qəbul edildiyini təsdiq edir.
Azərbaycanın beynəlxalq platformalarda fəal iştirakı ölkənin diplomatik uğurlarının davamlı xarakter daşıdığını göstərir. Prezident İlham Əliyevin şəxsi diplomatik fəaliyyəti və təşəbbüsləri bu prosesdə həlledici rol oynayır.
Prezident İlham Əliyevin Vaşinqtona səfəri və Sülh Şurasının ilk iclasında iştirakı eyni zamanda Azərbaycanın xarici siyasətində yeni imkanlar açır. Bu səfər nəticəsində
Azərbaycanın beynəlxalq mövqeyi daha da güclənmiş, ABŞ və digər qlobal aktorlarla əməkdaşlıq genişlənmiş, regional sülh prosesində Azərbaycanın rolu daha da möhkəmlənmiş,bölkəmizin qlobal diplomatik nüfuzu yeni mərhələyə yüksəlmiş oldu.
Bir sözlə, Prezident İlham Əliyevin Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirakı Azərbaycanın artıq qlobal siyasi proseslərin fəal iştirakçısına çevrildiyini bir daha sübut edir. Bu səfər Azərbaycanın sülh təşəbbüslərinə verdiyi töhfənin, diplomatik gücünün və strateji əhəmiyyətinin növbəti mühüm təsdiqidir. Bu, eyni zamanda onu göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yalnız regionda deyil, beynəlxalq miqyasda da sabitliyin, əməkdaşlığın və sülhün təşviqində mühüm rol oynayan etibarlı tərəfdaş kimi çıxış edir.
media-jale
Jalə Əliyeva
Millət vəkili 

media-728x90banner

Bənzər xəbərlər