Qobu Kərpic zavodu sakinləri necə zəhərləyir?
lk baxışdan partlayışdan sonra qalxan toz-dumana bənzəsə də, bu, zavoddan yayılan tüstünün görüntüləridir…
XALQ xəbər verir ki, kadrlar sosial şəbəkələrdə paylaşılıb. Bildirilir ki, Abşeron rayonu ərazisində fəaliyyət göstərən Qobu Kərpic zavodu yenidən zəhərli tullantıları atmosferə buraxır. Buna görə də toz-duman ətrafda tikilən evlərə dolur.
Sakinlər deyirlər ki, dəfələrlə kərpic zavodunun fəaliyyəti zamanı atmosferə tullantıların atılması və qanunsuz qazıntı işlərinin aparılması ilə bağlı şikayətlər edilib. Lakin, hər axşam zavoddan qalxan toz-duman səbəbindən onlar nə evlərindən çıxa nə də qapı-pəncərələrini aça bilirlər.
Məsələ ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən “XəzərXəbər”ə bildirilib ki, Abşeron rayonu Qobu qəsəbəsi ərazisində yerləşən kərpic zavodunun fəaliyyəti zamanı ətrafa tüstünün yayılması ilə bağlı daxil olan şikayət əsasında araşdırma və ölçmə işləri aparılacaq, fakt təsdiqini taparsa qanunamüvafiq tədbir görüləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.