media-233

Mülki Məcəlləyə  görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır

Növbəti qanunsuz tikinti Qobuda aparılır.

XALQ daxil olan məlumata görə Qobu  yolu kənarında qanunsuz tikinti işləri aparılır.

Qeyd edək ki, bu tikintinin icazəsi barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bazasında heç bir məlumat yoxdur.  Dövlət Komitəsindən rəsmi icazəsi olmadan aparılan tikinti işlərini rayon icra hakimiyyətinin “razılığı “əsasında aparıldığı iddia olunur.

Qanunsuz tikinti ilə bağlı  icra hakimiyyətindən və  Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən münasibət öyrənmək mümkün olmadı.

Məsələ ilə bağlı qurumaların mövqeyini dərc etməyə hazırıq.

Həmin qanunsuz tikintinin görüntülərini təqdim edirik

 


media-728x90banner

Bənzər xəbərlər